Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? (VİDEO)
Bakıda və Abşeron yarımadasında müşahidə olunan tozlu hava sakinlərin ən çox narahatlıq doğuran problemlərindən birinə çevrilib.
Qaynarinfo xəbər verir ki, məsələ Baku TV-nin "Aktual Gündəm" verilişində müzakirə olunub.
Verilişdə çıxış edən ekoloq Sadiq Həsənov bildirib ki, tozun miqdarının artmasının əsas səbəblərindən biri daş karxanalarında köhnə avadanlıqlardan istifadə olunmasıdır.
Onun sözlərinə görə, Qaradağ rayonu, Güzdək, Qızıldaş, Zirə və Türkan ərazilərində uzun illərdir fəaliyyət göstərən daş karxanalarında köhnə mişarlardan istifadə edilir.
"Bu zaman narın toz hissəcikləri yaranır və ətrafa yayılır. Bundan əlavə, şəhərdən kənarda aparılan tikinti işlərində də qaydalara lazımi səviyyədə əməl olunmur. Açıq havada saxlanılan daş, qum və sement küləkli hava şəraitində ətrafa yayılaraq sıx toz təbəqəsi yaradır", - deyə ekoloq bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər