UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Dinamo Kiyev" (Ukrayna) - "Qarabağ” matçını "Arena Lublin” (Polşa) stadionunda izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər bu gündən etibarən satışa çıxarılır.
Qaynarinfo xəbər verir ki, məlumatı Ağdam klubunun mərmuat xidməti yayıb.
Biletlərin qiyməti (49 PLN) 23 AZN-dir.
Bilet əldə edən şəxslərdən stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunub. Stadiona giriş yalnız biletlə mümkün olacaq və şəxsiyyəti təsdiq edən sənəd mütləq bilet sahibinin üzərində olmalıdır.
Bilet satışı: //bit.ly/45xl87Y
Qeyd edək ki, "Dinamo Kiyev" - "Qarabağ” oyunu avqustun 6-ı Bakı vaxtı ilə 21:00-da, yerli vaxtla isə 19:00-da başlayacaq.
Şərhlər