Xəbər lenti

Paylaşımlarına görə psixiatriya xəstəxanasına göndərildi
Ölkə 16:18 02.08.2026

Paylaşımlarına görə psixiatriya xəstəxanasına göndərildi

Sosial şəbəkələrdə "İlanlı qız” kimi tanınan tiktoker-müğənni Günəş polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Qaynarinfo "Patrul.az”a istinadən xəbər verir ki, onun son dövrlər sosial şəbəkələrdə nümayiş etdirdiyi qeyri-adekvat davranışlar, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı görüntülər və davranışları ilə bağlı araşdırma aparılıb.

Bu çərçivədə o, müayinədən keçirilməsi və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə psixiatriya xəstəxanalarından birinə yerləşdirilib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->