Xəbər lenti

Mers Zelenski və Uitkofla keçirilən görüşü tərk etdi (YENİLƏNİB)
Dünya 22:02 14.12.2025

Mers Zelenski və Uitkofla keçirilən görüşü tərk etdi (YENİLƏNİB)

Almaniya Kansleri Fridrix Mers Ukrayna lideri Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında keçirilən görüşü tərk edib.

"Report" xəbər verir ki, bu barədə "Die Welt" qəzeti məlumat yayıb.

Mersin köməkçisi Günter Sautter danışıqlarda iştirak edir. Kanslerin görüşdən çıxmasının səbəbi açıqlanmayıb.

Tərəflər arasında danışıqlar Berlində keçirilir.
 
21:31 
 
Ukrayna Prezidenti Volodimir Zelenski Berlində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner ilə görüşə başlayıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri özü sosial media hesablarında məlumat yayıb.

Görüşün əsas mövzusu ABŞ-nin sülh planıdır.

Ukrayna tərəfində danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da iştirak edir. Görüşə Almaniya kansleri Fridrix Mers də qatılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->