Xəbər lenti

Avropa çempionatı: Azərbaycanın yığması yarımfinalda Serbiya ilə qarşılaşacaq
İdman 09:10 03.06.2026

Avropa çempionatı: Azərbaycanın yığması yarımfinalda Serbiya ilə qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

Qaynarinfo xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiya ilə üz-üzə gələcək.

Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Digər yarımfinal matçında Macarıstan və Ukrayna yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş saat 21:15-də başlayacaq.

Xatırladaq ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.
--> -->