İtaliyalı qapıçı Valter Zenqa Dünya çempionatı tarixində ən uzun müddət qol buraxmayan qapıçı kimi rekordun sahibidir. O, 1990-cı ildə İtaliyada keçirilən turnirdə ümumilikdə 517 dəqiqə qapısında qol görməyib.
Qaynarinfo xəbər verir ki, həmin dövrdə İtaliya millisinin əsas qapıçısı olan Zenqa turnir ərzində Çexoslovakiya, Avstriya və ABŞ-a qarşı keçirilən qrup oyunlarında qapısını toxunulmaz saxlayıb. Daha sonra 1/8 finalda Uruqvay, 1/4 finalda isə İrlandiya Respublikasına qarşı da qol buraxmayıb.
Onun seriyası yalnız yarımfinalda, Neapolda Argentina ilə oyunun 67-ci dəqiqəsində Klaudio Kanicçanın vurduğu qolla sona çatıb. Beləliklə, Zenga 517 dəqiqəlik rekorda imza atıb.
Dünya Kuboku tarixində digər maraqlı statistikalar:
* Ən çox qol buraxmadan oyun keçirən qapıçılar - İngiltərəli Peter Şilton və fransalı Fabien Bartez hər biri 10 oyunda qapısını toxunulmaz saxlayıb.
* Bir turnirdə ən çox qol buraxan qapıçı - 1954-cü il İsveçrə turnirində Cənubi Koreyalı Honq Deok-Younq 16 qol buraxıb.
* Bir oyunda ən çox qol buraxan qapıçı - 1982-ci ildə El Salvadorlu Luis Quevara Mora Macarıstana qarşı oyunda 10 qol buraxıb (matç 10:1 bitib).
* Bir turniri tam qol buraxmadan başa vuran qapıçı - 2006-cı ildə isveçrəli Paskal Zuberbühler qrup mərhələsində 4 oyunda qol buraxmayıb və tarixi nəticə göstərib.
Aydın
Şərhlər