Futbolda ən böyük beynəlxalq turnir olan Dünya Kubokunun tarixində təkcə qollar və ulduz futbolçular deyil, həm də meydandakı və meydandan kənardakı qalmaqallar yadda qalıb.
Qaynarinfo xəbər verir ki, 1930-cu ildən bəri keçirilən 22 Dünya çempionatı həm futbol keyfiyyəti, həm də gərgin və zorakılıqla yadda qalan oyunlarla tarixə düşüb.
Aşağıda turnir tarixinin ən çox yadda qalan qalmaqallı qarşılaşmaları təqdim olunur:
1930: Rumıniya - Peru
Dünya Kuboku tarixində ilk dəfə bir futbolçunun qırmızı vərəqə aldığı oyunlardan biri kimi yadda qaldı. Matçın ilk hissəsində ciddi zədələr, ikinci hissədə isə sərt qayda pozuntuları baş verdi. Peru millisindən Mario de Las Kasas oyundan kənarlaşdırıldı və daha sonra futbolçular arasında dava çıxdı. Təxminən 2500 tamaşaçının izlədiyi oyunda Rumıniya 3:1 qalib gəldi.
1954: Braziliya - Macarıstan (Bern döyüşü)
İsveçrədə keçirilən 1/4 final oyunu tarixə "Bern döyüşü” kimi düşdü. Matçda üç futbolçu qırmızı vərəqə aldı, onlarla sərt epizod qeydə alındı. Oyundan sonra soyunub-geyinmə otaqlarına qədər davam edən davalar yaşandı. Macarıstan 4:2 qalib gəldi.
1962: Çili - İtaliya (Santyaqo döyüşü)
Çili və İtaliya arasında keçirilən oyun "Santyaqo döyüşü” kimi tarixə düşdü. Matç boyunca çoxsaylı dava və sərt müdaxilələr oldu, polis bir neçə dəfə meydana müdaxilə etdi. Şili 2:0 qalib gəldi.
1966: İngiltərə - Argentina
Hakimin mübahisəli qərarları və gərginliklə yadda qalan oyunlardan biri oldu. Argentina millisinin kapitanı Antonio Rattin oyundan qovuldu və meydanı tərk etməkdən imtina etdi. İngiltərə 1:0 qalib gəldi.
1982: Fransa - Qərbi Almaniya
Fransız futbolçu Patrik Battistona qarşı qapıçı Toni Şumaxerin sərt müdaxiləsi yadda qaldı. Battiston ağır zədə aldı, lakin hakim epizodda faul vermədi. Matç futbol tarixinin ən mübahisəli oyunlarından biri sayılır.
1990: Niderland - Qərbi Almaniya
Frank Raykard və Rudi Föller arasında baş verən qarşıdurma, tüpürmə və fiziki insidentlərlə yadda qaldı. İki futbolçu qırmızı vərəqə aldı.
2006: Niderland - Portuqaliya
Dünya Kuboku tarixində ən çox qırmızı vərəqə çıxan oyunlardan biri oldu. 4 qırmızı və 12 sarı vərəqə göstərildi. Matç "Nürnberq döyüşü” adlandırıldı.
2006: İtaliya - Fransa (final)
Zinəddin Zidanın Marko Materatsiyə başla zərbəsi ilə yadda qaldı. Zidan qırmızı vərəqə aldı və karyerasını bu epizoddan sonra başa vurdu. İtaliya penaltilərdə qalib gəldi.
2010: Niderland - İspaniya (final)
Tarixin ən sərt finallarından biri oldu. Ümumilikdə 14 sarı və 1 qırmızı vərəqə göstərildi. İspaniya əlavə vaxtda qələbə qazandı.
2022: Niderland - Argentina
Dünya Kuboku tarixində ən çox kart göstərilən matç oldu: 18 sarı və 1 qırmızı vərəqə. Argentina penaltilərlə qalib gəldi.
Aydın
Şərhlər