Xəbər lenti

Koxalski və Zubir ÇL-nin ən yaxşıları arasında
İdman 23:09 02.06.2026

Koxalski və Zubir ÇL-nin ən yaxşıları arasında

"Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasının 2025-2026 mövsümünün ən yaxşıları sırasında yer alıblar.

Qaynarinfo xəbər verir ki, mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın "FedEx Performance Zone” statistik hesabatına əsasən, komandanın qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 seyv ilə ən çox qurtarış edən qapıçılar sırasında 4-cü pillədə qərarlaşıb. Polşalı qolkiper yalnız Nikita Haykin, Tibo Kurtua və Uğurcan Çakırdan geri qalıb.

Abdullah Zubir meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb. Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçi 2-ci yerə şərik olub.

--> -->