Türkiyə milli komandasının 2026 FİFA Dünya Kuboku üçün yekun heyəti məlum olub.
Qaynarinfo xəbər verir ki, 26 nəfərlik siyahı açıqlanarkən geniş heyətdən kənarda qalan futbolçular da müəyyənləşib.
Türkiyə millisi 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək 2026 FİFA Dünya Kubokunda mübarizə aparacaq. Heyət milli komandanın keçmiş futbolçularının yer aldığı emosional video ilə ictimaiyyətə təqdim olunub.
Vinçenzo Montella heyətə daxil edilməyən futbolçularla bağlı yekun qərarını verib.
Yekun heyət belədir:
Qapıçılar:
Altay Bayındır
Mert Günok
Uğurcan Çakır
Müdafiəçilər:
Abdülkerim Bardakçı
Çağlar Söyüncü
Eren Elmalı
Ferdi Kadıoğlu
Merih Demiral
Mert Müldür
Ozan Kabak
Samet Akaydın
Zeki Çelik
Yarımmüdafiəçilər:
Hakan Çalhanoğlu
İsmayıl Yüksək
Kaan Ayhan
Orkun Kökçü
Salih Özcan
Hücumçular:
Arda Güler
Barış Alper Yılmaz
Can Uzun
Deniz Gül
İrfan Can Kahvəci
Kenan Yıldız
Kerem Aktürkoğlu
Oğuz Aydın
Yunus Akgün
Geniş heyətdən kənarlaşdırılan futbolçular:
Ersin Destanoğlu, Muhammed Şengezer, Ahmetcan Kaplan, Mustafa Eskihellaç, Yusuf Akçiçek, Atakan Karazor, Demir Ege, Aral Şimşir, Yusuf Sarı.
Türkiyə Futbol Federasiyasının açıqlamasına görə, 26 nəfərlik yekun heyətdə yer almayan Muhammed Şengezer, Aral Şimşir və Demir Ege Tıknaz turnir qaydalarına uyğun olaraq ehtiyatda saxlanılmaq üçün ABŞ-a gedəcək heyətdə yer alacaq. Qaydalara əsasən, turnirin ilk matçından əvvəl (qapıçılar üçün turnir boyu) zədə hallarında oyunçu dəyişikliklərinə icazə verilir.
Aydın
Şərhlər