Azərbaycanda fantasrtik qiymətə avtomobil satılır (VİDEO)
Ölkədə yeganə olduğu deyilən "Mercedes" fantastik qiymətə satışa çıxarıldı.
Bu, 1938-ci ildə istehsal olunan "Mercedes 170 V" markalı avtomobildir.
Retro avtomobil hazırda Sumqayıt şəhərində saxlanılır və onun sahibi əslən Qubadlı rayonunun Qayalı kəndindən olan Teymur Məmmədovdur.
Retro maşın fantastik qiymətə - 650 min manata satışa çıxarılıb. Avtomobilin yaşı 88-ə yaxın olsa da, texniki və xarici görünüş baxımından yaxşı vəziyyətdədir. Sahibi nəqliyyat vasitəsini bu qiymətə təklif etməsini son bir neçə ildə onun restavrasiyasına 200 min manatdan çox pul xərcləməsi ilə əsaslandırır. Digər səbəb kimi isə ölkə bazarında tək olmasını və rəqibin olmamasını göstərir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər