Xəbər lenti

Dünyanın ən xoşbəxt şəhərləri açıqlandı (SİYAHI)
Dünya 15:35 03.06.2026

Dünyanın ən xoşbəxt şəhərləri açıqlandı (SİYAHI)

Hər il dərc olunan "Xoşbəxt Şəhər İndeksi” hesabatının 2026-cı il nəticələri açıqlanıb. 

Qaynarinfo xəbər verir ki, reytinq şəhərlərin idarəetmə, vətəndaş iştirakçılığı, iqtisadiyyat, səhiyyə, ətraf mühit və nəqliyyat kimi sahələrdəki göstəricilərinə əsasən tərtib olunub.

Siyahıya görə dünyanın ən xoşbəxt şəhərləri belə sıralanıb:

1. Kopenhagen, Danimarka
2. Helsinki, Finlandiya
3. Cenevrə, İsveçrə
4. Uppsala, İsveç
5. Tokio, Yaponiya
6. Trondheim, Norveç
7. Bern, İsveçrə
8. Malmö, İsveç
9. Münhen, Almaniya
10. Aarhus, Danimarka
11. Sürix, İsveçrə
12. Barselona, İspaniya
13. Espoo, Finlandiya
14. Oslo, Norveç
15. Haaqa, Niderland

Reytinqə əsasən, Skandinaviya və Şimali Avropa şəhərləri üstünlük təşkil edir. Siyahının zirvəsində Danimarkanın paytaxtı Kopenhagen yer alaraq 2026-cı ilin ən xoşbəxt şəhəri seçilib.

Aydın
--> -->