Xəbər lenti

İllərdir tikintisi başa çatan mənzillərinə köçə bilmirlər (VİDEO)
Video 23:07 31.05.2026

İllərdir tikintisi başa çatan mənzillərinə köçə bilmirlər (VİDEO)

Tikinti bitib amma 2020-ci ildən kirayədə yaşayan sakinlər Hələ də evlərinə köçə bilmirlər.

Söhbət Paytaxtın Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində tikilən çoxmərtəbəli binadan gedir. sakinlər deyirlər ki, işi bir yox 3 tikinti şirkəti icra edir. Lakin, mənzilləri heçbiri təhvil verə bilmir.

Daha sonra layihənin davam etdirilməsi ilə bağlı başqa bir şirkətlə razılaşma əldə edilib. Sakinlərin bildirdiyinə görə, tikinti işlərinin icrası "Marin Group" şirkətinə həvalə olunub.

Sakinlərin sözlərinə görə, illərdir kirayə pulları da verilmir.

Xəzər TV-nin əməkdaşı məsələ ilə bağlı tikinti aparılan ərazidəki ofisə üz tutsa da, nə qapını açan olub, nə də əlaqə nömrələrinə cavab verən tapılıb.

--> -->