"Zərurər olmadığı halda uşaqlar barəsində həbs qətimkan tədbiri seçilməməlidir".
Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Aqil Layıc bildirib.
Onun sözlərinə görə, Nizami Rayon Məhkəməsində küçədə dava etməkdə təqsirləndirilən bir neçə azyaşlı barəsində həbs qətimkan tədbirini seçilməsi ilə bağlı təqdimata baxılıb. Hakim Qumru Əliyeva təqdimatı təmin etməyib. Həmin azyayşlılar barəsində həbs qətimkan tədbiri seçilməyib.
Vəkil prosesin may ayının 30-da - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində baş tutduğunu deyib və məhkəmənin bu mövqeyini uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm əməl kimi qiymətləndirib.
"Məhkəmədə məhəllə səviyyəsində dava edən azyaşlılar var idi, həbsin seçilməsi üçün təqdimatlara baxılırdı. Uşaqlar ağlayır və hər kəsdən sanki şans istəyirdilər. Növbətçi hakim Qumru Əliyeva idi. Onların uşaqlıq əməllərinə və çılğınlıqlarından daha çox, onların yetkin olmamasına qiymət verən hakim, heç bir uşaq barəsində həbs qətimkan tədbirini tətbiq etmədi. Bu da 1 iyun uşaq hüquqlarının müdafiəsi sahəsində əməli bir fəaliyyət idi", - deyə o qeyd edib.
A.Layıcın fikrincə, məhkəmə təcrübəsində bu cür yanaşmalar daha geniş tətbiq olunmalıdır: "Son zərurət halı olmazsa, uşaqlar barəsində həbs seçilməməli, onları cəmiyyətə qazandırmaq üçün real addımlar atılmalıdır, məhz yuvenal ədliyyə də bunun üçün vardır. Bu addımı atan hər kəsə alqış düşür. Bütün orqanlar və məhkəmələr uşaqların dostu olmalıdır".
Şərhlər