Xəbər lenti

Azərbaycandan Suriyaya təbii qaz ixracının həcmi açıqlandı
Ekonomiks 15:45 13.12.2025

Azərbaycandan Suriyaya təbii qaz ixracının həcmi açıqlandı

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycandan Suriya Ərəb Respublikasına 52,501 milyon ABŞ dolları dəyərində 153,157 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib.

Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Qeyd edək ki, bu il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Bu ilin avqustun 2-dən etibarən isə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Əlavə edək ki, ümumilikdə, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 7,418 milyard ABŞ dolları dəyərində 20,649 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3% çox, həcm baxımından isə 690,003 milyon kubmetr və ya 3,2% azdır.

Eyni zamanda bu ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 40,2 milyon ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 243,6 milyon kubmetr və yaxud 49,1% azdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->