Bank Respublika və Avropa İnvestisiya Bankının (EIB) Avropa İttifaqından kənar layihələri maliyyələşdirən bölməsi olan EIB Global Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsinə yönəlmiş növbəti kredit müqaviləsini imzalayıblar.
Bank Respublika-nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsaitlər ölkənin bütün regionlarında fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirəcək.
Qeyd edək ki, bu əməliyyat üzrə valyuta riski Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilən hedc mexanizmi vasitəsilə idarə olunacaq.
Avropa İnvestisiya Bankının Şərq tərəfdaşlığı regionu üzrə əməliyyatlara rəhbərlik edən vitse-prezidenti Karl Nehammer bildirib:
"Kiçik və orta sahibkarlıq Azərbaycanın
iqtisadiyyatının əsasını təşkil edir. Bank Respublika ilə uğurlu tərəfdaşlığımız
sayəsində EIB yerli biznesin inkişafı, yeni iş yerlərinin yaradılması və
innovasiyaların tətbiqi üçün zəruri maliyyəyə çıxışını təmin edir. Xüsusilə
milli valyutada maliyyələşmə biznesin dayanıqlığını artırır və ölkənin özəl
sektorunun güclənməsinə töhfə verir”.
Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kujundžić qeyd edib:
"Daha dərin və dayanıqlı maliyyə
bazarlarının inkişafı Azərbaycanın iqtisadi transformasiyası üçün mühüm əhəmiyyət
kəsb edir. Mərkəzi Bank tərəfindən tətbiq edilən milli valyutada valyuta
riskinin hedc mexanizmi banklara riskləri daha effektiv idarə etməyə və manatla
kreditləşməni genişləndirməyə imkan verən mühüm yenilikdir. Bu kimi təşəbbüslər
və EIB kimi institutlarla tərəfdaşlıq özəl sektorun inkişafı üçün daha əlverişli
mühit yaradır”.
Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib:
"EIB Global-ın Bank Respublika-nı Azərbaycanda
əsas tərəfdaşlardan biri kimi qiymətləndirərək bizə göstərdiyi etimadı yüksək dəyərləndiririk.
Xüsusi olaraq, Mərkəzi Bankın bazar ehtiyaclarına müasir, çevik və proaktiv
yanaşmasını qeyd etmək istərdim. Valyuta riskinin hedc mexanizminin tətbiqi
beynəlxalq maliyyələşmə imkanlarını genişləndirəcək və biznesin milli valyutada
kreditləşdirilməsinə əlavə təkan verəcək.”
📌 Daha
ətraflı məlumat üçün:
🌐 Veb
sayt: www.bankrespublika.az
📱 Sosial
şəbəkələr: 🔵 Facebook | 📸Instagram | 🔗LinkedIn | 📨 Telegram
📞 Çağrı
Mərkəzi: 144
Şərhlər