Bakının Yasamal rayonunda, yolda zolaqlanma tıxaca səbəb olur.
Sola dönən avtomobillər sağa dönənlərin yolunu kəsir.
Bununla bağlı videokadrlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sürücülər deyirlər ki, burada əsasən geriyə dönənlər gecikmələrin yaranmasına səbəb olur. Bu səbəbdən də zolaqlanmada dəyişikliyin edilməsi azuolunandır.
Mütəxəssislər isə deyirlər ki, yol ayrıcının yaxınlığında sağa dönmənin asanlaşdırılması üçün avtobus zolağının bir hissəsinə 1.11 nişanlanma xəttinin, yəni zolağa giriş-çıxış üçün yerlərin təşkili daha məsqdəuyğundur.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, əraziyə yenidən baxış keçirilib təhlillər aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər