Xəbər lenti

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində
İdman 23:19 03.06.2026

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunda sonuncu qrup oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, yığma ev sahibi Polşa seçməsi ilə qarşılaşıb.

Görüş millimizin 20:13 hesablı qələbəsi ilə bitib.

Bu qələbə komandamız qrup ikinciliyini rəsmiləşdirib. Qeyd edək ki, millimiz 1/4 final mərhələsinə vəsiqə uğrunda D qrupunun üçüncüsü ilə pley-in görüşündə qarşılaşacaq.
--> -->