2026-cı ilin yayında dəb sevənlər artıq stil və rahatlıq arasında seçim etməli olmayacaqlar. Dünya ulduzları göstərir ki, yay ayaqqabıları həm rahat, həm də dəbli ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Kobieta.wp.pl portalı yazır.
İsti mövsüm adətən moda eksperimentləri üçün ən əlverişli dövrdür və bu il dizaynerlər praktik elegansiyaya üstünlük veriblər. Podiumlara və gündəlik geyimlərə 90-cı illərin estetikasından, idman üslubundan və klassik dizayndan ilhamlanan modellər geri qayıdır.
2026 yayında trend ayaqqabılar - Əsas modellər
Əgər isti günlər üçün hansı ayaqqabını seçəcəyinizi hələ müəyyən etməmisinizsə, ulduzların seçimlərinə baxmaq faydalıdır. Mövsümün əsas 5 trend modeli belədir:
Minimalist "viyetnamkalar”
"Viyetnamkalar” artıq yalnız çimərlik ayaqqabısı deyil. Bu yay nazik altlıqlı, dəri minimalist modellər şəhər üslubunda xüsusilə populyardır. Şortlarla rahat gündəlik görünüş yaradır, midi ətəklərlə isə daha romantik stil verir. Platformalı modellər isə obrazı daha ifadəli edir. Bu tendensiyanı Heyli Biber də nümayiş etdirir: o, qara sadə "viyetnamkaları” geniş şalvar və yarı-şəffaf topla birləşdirir. Bu kombinasiya göstərir ki, ən sadə detallar belə ən dəbli görünə bilər.
Aşağı dabanlı şlapalar
"Quiet luxury” estetikası yay qarderobunda hələ də güclü mövqedədir. Bu üslubun əsas simvollarından biri Hermès stilində sadə dəri şlapalardır. Qəhvəyi tonlarda modellər açıq rəngli ətəklər, toxunma toplar və saman şlyapalarla yaxşı uyğunlaşır. Bu kombinasiya həm dəniz kənarı, həm də şəhər gəzintiləri üçün idealdır.
Baletkalar
Aktrisa və stil ikonu Kelli Rezerford klassikanın hər zaman aktual olduğunu bir daha göstərir. Yumşaq qara baletkalar isti günlər üçün ideal seçimdir. O, onları ağ maxi don və geometrik eynəklərlə birləşdirir. Bu stil fransız zərifliyi yaradır və şəhər həyatı üçün çox uyğundur.
Yüngül idman ayaqqabıları
Aktiv həyat tərzi sevənlər üçün dizaynerlər gorpcore estetikasında ultra yüngül idman ayaqqabıları təklif edir. Bu trend outdoor üslubunu gündəlik modayla birləşdirir. İdman ayaqqabıları uzun corablar və velosiped şortları ilə kombin edilir. Səyahət və gəzintilər üçün ən praktik seçimlərdən biridir.
Mini dabanlı ayaqqabılar
Axşam tədbirləri və yay görüşləri üçün aşağı, incə dabanlı "kitten heels” ideal seçim sayılır. Onlar silueti uzadır və klassik dikdabanlara nisbətən daha rahatdır. Krem rəngli saten donlarla birlikdə xüsusilə zərif yay obrazı yaradır.
Aydın
Şərhlər