ABŞ-də uşaqlara qarşı cinsi istismar şəbəkəsi qurmaqda ittiham olunaraq mühakimə edilərkən həbsxanada həyatını itirən milyarder Ceffri Epşteynin ən tanınmış qurbanı, 41 yaşlı Virciniya Roberts Cüffrenin ölümündən sonra jurnalist Emi Uollas tərəfindən qələmə alınan xatirə kitabı iki ay ərzində 1 milyon nüsxə satılıb.
Qaynarinfo nəşriyyata istinadən xəbər verir ki, "Nobody’s Girl” adlı kitab ilkin olaraq 70 min nüsxəlik tirajla buraxıldıqdan sonra artıq onuncu nəşrinə çatıb.
Kitabda Cüffrenin 17 yaşında olarkən ona qarşı cinsi zorakılıq etdiyini iddia etdiyi keçmiş Şahzadə Endryu ilə bağlı tənqidlər yenidən gündəmə gəlib. Eyni zamanda, 2019-cu ildə məhkəməni gözləyərkən intihar edən Epşteynə dair sənədlərin dərc olunması üçün ABŞ Ədliyyə Nazirliyinə göstərilən ictimai təzyiqin artmasına səbəb olub.
Qeyd edək ki, Virciniya Cüffre bu ilin aprel ayında intihar edib.
Aydın
Şərhlər